Prezidentin qızından Qalmaqallı açıqlamalar

16:17 | 13.11.2013
Prezidentin qızından Qalmaqallı açıqlamalar

Prezidentin qızından Qalmaqallı açıqlamalar

Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova "Tvitter"dəki şəxsi hesabında Özbəkistan xüsusi xismət orqanlarının əməkdaşlarına növbəti ittihamlarını ünvanlayıb. Bu dəfə ittihamların hədəfi Prezidentin Təhlükəsizliyi Xidmətinin (PTX) əməkdaşları olub. ANN.Az "Lenta.ru"ya istinadən məlumat verir ki, prezidentin qızı PTX əməkdaşlarının nümayişkəranə şəkildə həbsindən danışıb, onun sözlərinə görə, saxta şahidlərin ifadələri əsasında təşkil edilən bu həbslərdə keçmiş xidmət rəisinin müavini Botir Umarovun əli var. "Xidmət zamanı törətdikləri qeyri-qanuni əməllərə görə, sənədləşdirilimiş faktlara görə, əməkdaşların döyülməsinə görə, xidmət zamanı sərxoşluğa görə, məcburi orgiyalara və digər səbəblərə görə özləri cavab verəcəklər", - Gülnarə Kərimova bildirib. "Central Asian News"un məlumatına görə, söhbət xidməti rəhbərliyin törətdiyi bəd əməllərdən gedir. Kərimova həmçinin iddia edir ki, haqqında bəhs edilən PTX-nın keçmiş əməkdaşı Umarov sahibkarların sıxışdırılmasını təşkil edən şəxsdir. Bir müddət əvvəl Kərimova Özbəkistanın Milli Təhlükəsizlik Xidmətinin rəisi Rüstəm İnayatovu tənqid edərək, onun ölkədə hakimiyyəti ələ keçirmək istədiyini demişdi. O həmçinin bildirmişdi ki, İnayatov "xalq arasındakı populyarlığına görə" ondan (Kərimovadan) qorxur. Bundan başqa, o, "Tvitter"dəki hesabında ailə üvləri barəsində aktiv müzakirə açıb. Kərimova əsasən anasını gizli ayinlər təşkil etməkdə ittiham edib. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM