Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bununla əlaqədar olaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən göstərilən ərazidə qanunsuz tikinti işləri aparan "Lake Residence” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə xəbərdarlıq edilmiş, orada aparılan qanunsuz tikinti işlərinin ləğv edilməsi, gölün doldurulmuş hissəsinin təmizlənməsi və ətrafda əhalinin istirahətinin mənalı təşkili üçün ərazidə yüksək səviyyədə abadlaşdırma işlərinin öz vəsaiti hesabına həyata keçirilməsi "Lake Residence” Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmışdır.
Eyni zamanda, sözügedən ərazidə tikintiyə icazə sənədi almadan tikinti işlərini həyata keçirən və gölün bir hissəsini qanunsuz olaraq zəbt edərək dolduran "Lake Residence” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin qanunsuz əməllərinin araşdırılması və müvafiq tədbirlər görülməsi barədə göstərişlər verilmişdir.
Eləcə də rəhbərlik etdiyi rayonun ərazisində tikintiyə müvafiq icazə sənədi olmadan aparılan tikinti işlərinin qarşısının vaxtında alınmaması və bu istiqamətdə işlərin yüksək səviyyədə həyata keçirilməsində nöqsanlara yol verdiyini nəzərə alaraq, Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Əsgər oğlu Mehdiyevə töhmət verilmişdir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !