Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bir sıra ölkələrə fövqəladə və səlahiyyətli səfir təyin edilib.
Qaynarinfo-nun məlumatına görə, Ülvi Baxşəliyev Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub. O, bundan əvvəl Azərbaycan Respublikasının Polşa Federasiyasındakı səfirnin müşaviri olub.
Ağalar Atamoğlanov isə Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. A.Atamoğlanov Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirnin müşaviri vəzifəsini tutub.
Xəzər Fərhadov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. X. Fərhadov Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Birinci Asiya İdarəsinin rəisi vəzifəsində çalışıb.
Əlimirzamin Əskərov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bu vəzifəyə kimi Ə.Əsgərov Xarici İşlər Nazirliyinin Humanitar və sosial məsələlər idarəsinin rəisi olub. Diplomat həmçinin uzun illər Azərbaycanın Çexiya Respublikasındakı səfirliyinin baş konsulu olub.
Hər dörd şəxs Azərbaycan Prezidentinin sərəncamı ilə diplomatik rütbə verilib, həmçinin medal və fəxri adlarla təltif edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !