Qarabağ erməni nümayəndələri ilə yaxın zamanda növbəti görüş olacaq

16:02 | 21.09.2023
Qarabağ erməni nümayəndələri ilə yaxın zamanda növbəti görüş olacaq

Qarabağ erməni nümayəndələri ilə yaxın zamanda növbəti görüş olacaq

Qarabağ erməni icmasının nümayəndələri ilə yaxın zamanlarda yenidən görüş keçiriləcək.  Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası açıqlama yayıb.

"Konstruktiv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb. Ramin Məmmədov tərəfindən reinteqrasiya üzrə planlar təqdim edilib. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tez bir zamanda icrasının vacibliyi vurğulanıb", - açıqlamada deyilir. 


Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.


Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır.


Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM