Ukrayna Prezidenti Petro Poroşenko ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
"Trend" Ukrayna dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, P.Poroşenko qeyd edib:
"Bu gün Ukrayna-Azərbaycan münasibətlərinin uğurla genişləndirilməsi üçün hər cür şərait var. Ölkələrimiz bunun üçün potensiala malikdir".
P.Poroşenko Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyişməz mövqeyini təsdiq edib: "Bu mövqe Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmətə əsaslanır".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !