Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ nizamlanması üzrə üçtərəfli görüşünün vaxtı məlum olub.
APA-nın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyindəki mənbə "RİA Novosti”yə bildirib ki, görüş iyun ayının sonlarına planlaşdırılır.
Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentləri İlham Əliyev, Serj Sarkisyan və Vladimir Putinin üçtərəfli görüşü keçirilə bilər.
Bu barədə APA-nın Moskva müxbirinə Rusiya XİN-dəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, hazırda belə bir görüşün keçirilməsinin mümkünlüyü araşdırılır Tərəflər razılıq versə, görüş barədə Prezident administrasiyaları məlumat yayacaq.
Qeyd edək ki, bu gün Rusiya XİN Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammitin keçiriləcəyi ilə bağlı məlumat yayıb.
Məlumatda Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Fransanın Rusiyadakı səfiri Jan Moris Riperlə Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammiti müzakirə etdiyi bildirilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !