Türkiyə prezidentliyinə ilk namizədin adı açıqlanıb. ANS PRESS-in məlumatına görə, prezident postuna ilk namizədin adı Fikriyə Uzdur. O, 35 ildir ki, biologia müəlliməsi kimi çalışıb. Fikiryə Uz avqusta ayında Türkiyədə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürəcəyini söyləyib.Qadın ölkə prezidentliyinə namizədliyini vermək üçün yaşadığı Samsun şəhərindən İstanbula gəlib: “Mən nə tanınmış birinin qızı, nə bacısı, nə də ki, həyat yoldaşıyam. Mən xalqdan biriyəm. Müəlliməyəm”. Qeyd edək ki, Türkiyədə prezident seçikləri avqust ayının 10 və 24-də iki turda baş tutacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !