Prezident seçkilərində Əliyevin 6 rəqibi olacaq - RƏSMİ - Yenilənib

16:49 | 09.01.2024
Prezident seçkilərində Əliyevin 6 rəqibi olacaq - RƏSMİ - Yenilənib

Prezident seçkilərində Əliyevin 6 rəqibi olacaq - RƏSMİ - Yenilənib

Mərkəzi Seçki Komissiyası qarşıdan gələn prezident seçkilərində iştirak üçün daha 4 nəfərin namizədliyini təsdiq edib. Bu barədə MSK-ın bu gün keçirilən iclasında deyilib.  
 
Bununla da prezident seçkilərində iştirak edəcək namizədlərin sayı 7 çatıb. 

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülməsi təsdiqlənən Fuad Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

 
13:01
MSK qarşıdan gələn prezident seçkilərində 17 nəfərin namizədliyinin irəli sürülməsinə razılıq verib, lakin onlardan 10-u qeydiyyat üçün lazım olan sənədləri vaxtında komissiyaya təqdim etməyib və onların namizədliyi qeydə alınmayacaq. Bu barədə MSK son iclasında bildirilib.

Prezidentliyə namizədin qeydə alınması üçün tələb olunan sənədlərin MSK-ya təqdim edilməsi müddəti bu il yanvarın 8-də saat 18:00-da başa çatıb.

Lakin MSK tərəfindən təsdiq edilmiş 17 namizəddən 10-u imza vərəqələrini və qanunvericilikdə nəzərdə tutulmuş digər sənədləri vaxtında təqdim etməyib.

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində 17 nəfər öz namizədliyini irəli sürüb.

MSK üç namizədi - Yeni Azərbaycan Partiyasından hazırkı prezident İlham Əliyevin, Milli Cəbhə Partiyasından Razi Nurullayevin və müstəqil namizəd Zahid Orucun namizədliyini qeydə alıb.

Əvvəllər təsdiq edilmiş namizədlər - özünü irəli sürmüş Fuad Əliyev, "Böyük Quruluş” partiyasının namizədləri Fazil Mustafa, "Böyük Azərbaycan” partiyasının namizədləri Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından Qüdrət Həsənquliyev qeydiyyat üçün lazım olan sənədləri vaxtında təqdim ediblər. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM