Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı ilə bağlı - MSK-da püşkatma keçiriləcək

22:42 | 13.01.2024
Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı ilə bağlı - MSK-da püşkatma keçiriləcək

Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı ilə bağlı - MSK-da püşkatma keçiriləcək

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə yanvarın 15-də saat 14:00-da püşkatma keçiriləcək.

Bu barədə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

MSK-nın inzibati binasında keçiriləcək püşkatmanın məqsədi seçkiqabağı təviqat aparmaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar arasında bərabər şərtlərlə və bərabər həcmdə bölgüsüdür.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM