Dollar, avro pul vahidi başda olmaqla dünyanın əsas valyutalarınaqarşı güclənməkdə davam edir.
Son bir həftədə inkişaf etmiş dövlətlərin mərkəzibanklarından gələn açıqlamalar dolların möhkəmlənməsinə səbəb olub.
"Report"un analitik qrupu hesab edir ki, keçən həftə, oktyabrın 22-də Avropa Mərkəz Bankının(AMB) sədri Mario Draqinin açıqlamalarından sonra zəifləyən avro, dolların möhkəmlənməsinə gətirib çıxarıb.
Qeyd edək ki, bu iclasda dekabr ayında avrozonada monetar ekspansiyanı artırmaq qərarının verildiyi bildirilib. Dünən, oktyabrın 28-də isə Federal Ehtiyat Sisteminin (FES) sədri Canet Yellenin açıqlamalarından sonra dollar daha da möhkəmlənib. Xanım Yellen açıqlamasında ABŞ-da işsizliyin cari vəziyyətdə davam etməsi və inflyasiya 2% hədəfinə yaxınlaşacağı halda, dekabrda uçot dərəcəsini artıracağını bildirib.
"Report" xəbər verir ki, FES sədri noyabrın 4-də "Maliyyə xidmətləri komitəsi Evi"ndə dekabr iclasına dair önəmli bəyanatlar verəcək. Pitsburqda yerləşən "PNC" maliyyə xidmətləri grupunun baş iqtisadçısı Stüart Hofman bildirib ki, noyabrın 4-də iqtisadi statistik göstəricilər müsbət olarsa, FES-in dekabrda uçot dərəcəsini artıracağı ehtimal olunur.
Bu gün, oktyabrın 29-da USD/EUR məzənnəsi 1,0950-yə yaxın səviyyədə sabitləşib. Məzənnə keçən həftə M.Draqinin açıqlamalarından sonra azalmağa başlayıb. Azalma 1,1350 səviyyəsindən başlayıb və artıq 3,5% düşüb.
"Report"un analitik qrupu hesab edir ki, hər cümə axşamı günü kimi bu gün ABŞ-da açıqlanacaq işsizlik rəqəmləri əhəmiyyətini qoruyur. Göstərici proqnozlardan (263 000) bir qədər az - 260 000 olub və bununla da dolların möhkəmlənməsi davam edəcək. Texniki təhlillər göstərir ki, USD/EUR məzənnəsi 1,09-dan aşağı enəcəyi təqdirdə, bu proses 1,04 USD/EUR-a qədər və daha da aşağı, hətta paritetə kimi davam edə bilər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !