"ProSpect” - Azərbaycanın ilk milli ERP həlli - VİDEO

17:46 | 04.12.2014

"ProSpect” - Azərbaycanın ilk milli ERP həlli - VİDEO



BakuTel İKT sərgisində Azərbaycanın "Pronet" şirkəti yeni məhsulu - ProSpect ERP həllinin rəsmi təqdimatını keçirib.

Texnobaz.com-un verdiyi xəbərə görə,  ProSpect həlli ilk milli ERP proqram təminatı olaraq orta-iri bizneslərin idarəolunması və dövlət müəsissələrində iş prosesinin avtomatlaşdırılmasının həyata keçirilməsi üçün hazırlanıb.

ProSpect ERP həlli bir sıra müxtəlif modullardan ibarətdir və demək olar ki, müəsissə və idarələrin bütün fəaliyyət sferalarını əhatə edir.

Bunlar:
- Kadırların ucotu və onların idarəolunması;
- Tapşırıq, layihə və toplantıların təşkilinin idarəolunması;
- Kargüzarlıq və Sənəd dövriyyəsinin təşkili;
- Anbar və loqistika xidmətlərin idarəolunması;
- Maliyyə ucotu;
- Telefon Məlumat Mərkəzlərin idarəolunması və sair fəaliyyət növlərini idarəedən modullardır.

ProSpect ERP həllinin əsas üstünlükləri:

- Tam lokallaşdırılmış və Azərbaycan dilində olan interfeys;
- Lokal texniki dəstək və istənilən müəssisəyə uygun adapatasiya imkanları
- Yerli bazara uyğun munasib qiymət
- Modulluq prinsipində hazırlanmış və ayrı-ayrı moduları əldə etmək və getdikçə genişləndirmək imkanları və sair.

Məhsul haqqında əlavə məlumatı Prospect.az saytından əldə edə bilərsiniz.

ANN.Az




0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM