ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Federal Şura üzvlərinə illik ənənəvi müraciətində deyib. Krımın Rusiya üçün xüsusi bəşəri əhəmiyyətə malik olduğunu deyən V. Putin qeyd edib ki, ölkəsi həmişə qardaş Ukrayna xalqına və onun suverenliyinə hörmətlə yanaşacaq.
"Lakin hakimiyyətin güc yolu ilə ələ keçirilməsini, Odessadakı qətlləri dəstəkləmək olmazdı. Hazırda Ukraynanın şərqində baş verənlər Rusiyanın fevral hadisələrini dövlət çevrilişi kimi dəyərləndirməsinin doğru olmasını bir daha sübut edir. Vaxtilə Rusiyanı Yuqoslaviya ssenarisi üzrə parçalamaq istəyirdilər. Xaricdən separatçılığa dəstək mövcud idi. ABŞ hər zaman bizimlə qonşularımız arasındakı münasibətlərə birbaşa və ya dolayı yolla təsir edir”, - deyə o vurğulayıb.
Qroznıdakı hadisələrə gəlincə Rusiya prezidenti Çeçenistanın yenidən kənardan gəlmiş "üsyançılar”la üz-üzə qaldığını bildirib. Bununla belə o, yerli hüquq-mühafizə orqanlarının onlara qalib gələcəyinə ümidvar olduğunu deyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !