Fərmanla dinc dövrdə xüsusi əməliyyatlar zamanı hərbi itkilər də dövlət sirri sayılır. Əvvəllər yalnız müharibə dövrünün hərbi itkiləri dövlət sirri idi
Rusiya prezidenti Vladimir Putin dövlət sirrinə əlavələr haqqında fərman imzalayıb. Fərmanla dinc dövrdə xüsusi əməliyyatlar zamanı hərbi itkilər də dövlət sirri sayılır. Əvvəllər yalnız müharibə dövrünün hərbi itkiləri dövlət sirri idi.
Əlavələr mayın 28-də rəsmi dərc olunub. Dövlət sirri haqqında qanun 1995-ci ildə qəbul edilib.
İndi Rusiya kəşfiyyatı, əks-kəşfiyyatı ilə mümkün əməkdaşlıq edə biləcək fərdlərlə bağlı hər hansı informasiya da dövlət sirri sayılacaq. Əvvəllər bu status ancaq real əməkdaşlıq edənlərə aid idi.
Bu arada Rusiya əsgərlərinin Ukraynanın şərqində separatçılarla birgə vuruşmasına dair ittihamlar var, Moskva bu iddiaları təkzib edir. Fəalların iddiasına görə, rus əsgərlərin meyitləri dəfn olunmaq üçün gizli şəkildə Ukraynadan Rusiyaya gətirilir. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !