Rusiya prezidenti Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı iki ölkə lideri Zaqafqaziyada mövcud vəziyyəti, o cümlədən Azərbaycan-Ermənistan sülh müqaviləsinin hazırlanmasını müzakirə ediblər.
Həmçinin Putin sülh müqaviləsinin bağlamaq üçün dəstək göstərməyə hazır olduğunu bir daha bəyan edib.
Bir neçə gün öncə Rusiya preizdenti Azərbaycanda rəsmi səfərdə olub. Səfər zamanı iki ölkə lideri arasında 12 sənəd imzalanıb.
Putin bildirib ki, görüşün nəticələri barəsində Ermənistanın baş naziri Nikol Paşinyanı da məlumatlandıracaq. Rusiyaya qayıdan Putin Ermənistanın baş naziri ilə bakı görüşü barəsində fikir mübadiləsi aparıb və iki ölkə arasında məsələləri müzakirə etmək üçün görüşmək barəsində razılığa gəliblər.
Hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqları prosesi davam edir.
Gülnar Nazimqızı
Bizi sosial şəbəkələrdə izləyin !