Putin - Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb

13:32 | 12.09.2023
Putin - Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb

Putin - Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb

Ermənistan rəhbərliyi faktiki olaraq Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edib. Bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda (EEF) deyib.
 
"Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Ermənistan özü Qarabağın statusunu müəyyən edib”, deyə Putin vurğulayıb.

Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanatın imzalanmasından sonra dayandırılıb. Bəyanatdan sonra Rusiya sülhməramlıları 5 il müddətində Qarabağa müvəqqəti sülhməramlı kimi yerləşdirilib.
 
Bu dövrdən sonra Azərbaycan və Ermənistan dövlət başçıları, o cümlədən hər iki ölkənin xarici işlər nazirləri  bir çox rəsmi görüşlər keçirib.
 
Hazırda sülh müqaviləsi üzərində danışıq prosesləri getsə də tərəflər bir birini təxribatlar törətməkdə günahlandırır və bu, ekspertlərin fikrincə,  sülh müqaviləsinin imzalanmasına əngəl yaradır. 
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM