İtaliyada rəsmi səfərdə olan Rusiya prezidenti Papa Fransisko və ölkə prezidenti Serjio Mattarella, baş nazir Matteo Penzi ilə görüşüb.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Rusiyaya qarşı sanksiyaların ləğv edilməsini tələb edən Putin G7 Zirvə Toplantısına dəvət edilməməsinə də münasibət bildirib: "G7 beynəlxalq qurum deyil, onlar daha çox öz mənafelərini güdənlərin klubudur".
İtaliyada təşkil olunan rus-italiyan pavilyonunu gəzən prezident Putin daha sonra Serjio Mattarella ilə birlikdə mətbuat konfransı keçirib. Hər iki lider Ukrayna böhranının həllində Minsk Anlaşmasına riayət olunmasına işarə edib.
Putin Rusiyaya yönəlik sanksiya qərarlarının ticarət münasibətlərinə də təsir etdiyi qeyd edib: "Bu sanksiyalar bizim digər ölkələrlə ticarət münasibətlərinə girməyimizə mane olur. Bizimlə işbirliyi qurmaq istəyən şirkətləri dəstəkləmək üçün bu sanksiyaların ya ləğv edilməsi, ya da dəyişdirilməsi lazımdır. Bu sanksiyalar təkcə Moskvaya ziyan vurmur, zərər görənlərin başında imzalanmış anlaşmalardan 1 milyard avro itirən İtaliya şirkətləri də var".
Putin Ukraynanın sülh razılaşmasından savayı həll yolunun olmadığını ifadə edib, baş nazir Renzi də Ukrayna böhranının tez bir zamanda sona çatmasını dilə gətirib, eyni zamanda o, Minsk 2 Müqaviləsinə riayət olunarsa, sanksiyaların da götürüləcəyini vurğulayıb.
Ard-arda 2 il G7-nin Zirvə Toplantısına dəvət edilməyən Putin "G7 ilə heç bir əlaqəmiz yoxdur. Bu, onların qərarıdır. Ancaq G7 beynəlxalq qurum deyil, onlar daha çox öz mənafelərini güdənlər klubudur. Onlara bu seçim yolunda ancaq uğurlar arzulamaq qalır bizə" - deyə jurnalstlərdən birinin sualına cavab verib.
Milandan Roma şəhərinə səfər edən Rusiya prezidenti katoliklərin lideri Papa Fransisko ilə Vatikanda bir araya gəlib. Baş nazir Renzini də 1 saata qədər gözlədən Putin papa ilə rəsmi görüşünə də 70 dəqiqə gecikib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !