Putin: Həyat çox sadə və sərtdir

17:36 | 30.04.2015
Putin: Həyat çox sadə və sərtdir

Putin: Həyat çox sadə və sərtdir

Rusiya prezidenti Vladimir Putinin "Russkiy pioner” jurnalında köşə yazısı dərc edilib. "Həyat sadə və sərtdir” adlı yazı nəşrin saytında yerləşdirilib.    

Yazıda prezident atasının Böyük Vətən müharibəsi, onun MDİK-nin (Milli Daxili İşlər Komitəsi) təxribat bölüyündə xidməti və Leninqrad ətrafında aldığı yaralar barədə söhbətlərini xatırlayır.

"Müharibə başlayır, o isə, yəni hərbi çağırışdan "zireh” adlanan hərbi müəssisədə işləyir. O isə partiyaya daxil olmaq barədə ərizə yazır, sonra isə cəbhəyə getmək arzusunda olduğu barədə ikinci ərizəni yazır. Onu MDİK-nin təxribat bölüyünə göndərirlər. Bu kiçik bir bölük olub. Onun sözlərinə görə, orada 28 nəfər olub, onları yaxın arxa cəbhəyə təxribat aktları keçirmək üçün atırdılar. Körpülərin, dəmir yollarının partladılması və s. üçün. Amma onlar demək olar ki, elə həmin an tələyə düşüblər”, - prezident yazıb.

Putin həm də atasının danışdıqlarını sonradan arxivlər vasitəsilə yoxlaya bildiyini söyləyib.

"Maraqlısı odur ki, bir neçə il öncə Müdafiə Nazirliyinin arxivindən mənə bu qrupun işini gətirdilər. Novo-Oqarevodakı evimdə bu işin surəti var. Qrupun siyahısı, adlar, soyadlar, ata adları və qısa xasiyyətnamə. Bəli, 28 nəfər. Başda isə alman. Hər şey atamın dediyi kimi”, - Putin yazıb. //oxu.az


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM