Putin Hitlerə bənzədildi

13:49 | 21.05.2014
Putin Hitlerə bənzədildi

Putin Hitlerə bənzədildi

Kanada səfərində olan Britaniya şahzadəsi Çarlz Rusiya prezidenti Putini alman nasist reyxi Adolf Hitlerlə müqayisə edib.Oxu.Az RBK-ya istinadən xəbər verir ki, Uelsk şahzadəsi Rusiyanın Ukraynaya qarşı yürütdüyü siyasəti və Krımın anneksiyasını şərh edərkən bildirib:“Putin hal-hazırda nə vaxtsa Hitlerin etdiyini edir”.Xolokost zamanı bütün qohumlarını itirən şahzadə Çarlz üçün Qalifaksda Kanada immiqrasiya muzeyində ekskursiya aparan, Merienn Ferquson şahzadənin həqiqətən belə söz dediyini təsdiqləyib.“O, Kanadaya nə zaman gəldiyimi soruşdu. Cavab verdim ki, 1939-cu ildə. O, nə vaxtsa Hitlerin elədiklərini indi Putin edir deyə bir ifadə işlətdi. Mən də şahzadə ilə razılaşdım: siz onun Hitler kimi ölkələri işğal etdiyini görürsünüz. Şahzadə Rusiya haqqında heç nə demədi” – Ferquson BBC müxbirinə deyib.Şahzadə Çarlzın mətbuat xidmətində isə Daily Mail jurnalistinə şahzadənin şəxsi söhbətlərini şərh etməyəcəklərini deyiblər.Daily Telegraph qəzetinə Klarens-hausda Böyük Britaniya kral ailəsinin rezidensiyasında dəqiqləşdiriblər:“Bu ailəsini Xolokostda itirən bir qadınla özəl söhbət idi”.6 iyun müttəfiq qoşunlarının Normandiyaya gəlməsinin ildönümündə Fransada təntənəli tədbirlərdə şahzadə Çarlzla prezident Putinin görüşü planlaşdırılıb, bunu Daily Mail iddia edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür