Oxu.Az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin MDB dövlət başçılarının Şurasının yığıncağında bəyan edib.
Rusiya prezidentinin çıxışının mətni Kremlin saytında dərc edilib.
Putinin sözlərinə görə, bütün bu məqamlar regionda iqtisadi artımın yavaşımasına gətirib çıxarır.
"MDB ölkələrinin məcmu ÜDM-i 2015-ci ilin birinci yarısında azalıb, o cümlədən investisiyalar azalıb. MDB ölkələri arasında mal dövriyyəsi də aşağı düşüb. Bu vəziyyətdə milli iqtisadiyyatların xarici bazarlardan asılılığını azaltmaq üçün kompleks tədbirlər görmək və MDB-nin özünün daxilində işgüzar əlaqələrin canlandırılması barədə düşünmək lazımdır.
İlk növbədə MDB azad ticarət zonasının yaradılmasına dair 2011-ci ildə imzalanmış müqaviləni xatırladıb. Bu müqavilənin potensialını tam açmaq və malların, investisiyaların qarşılıqlı hərəkətini mümkün qədər sadələşdirmək lazımdır. Biz həmçinin qarşılıqlı hesablaşmalarda milli valyutalara keçməliyik”, - Putin bəyan edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !