Rusiya prezidenti Vladimir Putin sentyabrın 2-3-də Çinə gedəcək. Səfər onun çinli həmkarı Xi Jinping-in dəvətilə həyata keçirilir. Məlumatı avqustun 26-da Rusiya prezidentinin mətbuat xidməti yayıb.
Putin Çinin Yaponiya üzərində qələbəsinin və 2-ci Dünya Müharibəsində qələbənin 70-ci ildönümü mərasimlərində iştirak edəcək.
İki lider enerji və digər məsələləri müzakirə edəcək, 20-dən çox ikitərəfli sənədlər imzalayacaqlar. Bəzi razılaşmalar bu ilin mayında və iyulunda əldə olunub.
Putin Pekində digər ölkələrin liderləri ilə də görüşlər keçirəcək. (azadliq.org)
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !