Putin İran prezidentini məsciddə qəbul edəcək

15:15 | 09.07.2015
Putin İran prezidentini məsciddə qəbul edəcək

Putin İran prezidentini məsciddə qəbul edəcək

Şanxay Əməkdaşlıq Təşkilatının, həmçinin inkişaf edən 5 ölkənin ( Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (Brazil, Russia, India, China, South Africa, BRICS) birliyi olan BRICS-in toplantısına qatılan İran prezidenti Həsən Ruhanı Rusiya dövlət başçısı Vladimir Putinlə görüşəcək.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, rus mediası hər iki prezidentin görüşünün məsciddə baş tutacağını yazıb. "Ufa və Başkürdistan xəbərləri" adlı internet saytının xəbərində deyilir ki, bu barədə Rusiya müsəlmanları Dini İdarəsininin mətbuat xidməti məlumat yayıb. Prezidentlərin görüşəcəyi məscid isə Ufadakı İxlas Məscididir. Bununla da prezident Putin ilk dəfə olaraq başqa bir dövlətin başçını məsciddə qarşılayacaq.

Xəbəri prezident Putinin baş katibi Dmitri Peskov da təsdiq edib.

İxlas məscidinin imamı Muhamməd Gallyamov bununla bağlı açıqlama verib: "May ayında İran İslam Respublikasının Rusiyadakı səfiri mehdi Sanai ilə görüş keçirdik. Səfir İran prezidnetinin bizim məscidi ziyarət etmək istədiyini dedi".

Qeyd edək ki, Ufa zirvə toplantısında İranın da Şanxay Əməkdaşlıq Təşkilatına üzv olması məsələsi əsas gündəm olacaq.

Nuray
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM