Rusiya mediası onun federal səviyyəli vəzifəyə qoyulacağı bildirilir
Rəsmi Moskva Çeçenistan prezidenti Ramazan Kadırov ilə bağlı mətbuatda yayılmış məlumatlara aydınlıq gətirib.
ANS PRESS-in məlumatına görə, Kreml Çeçenistan Respublikasınının prezidenti Ramzan Kadırovun Moskvada Federal səviyyəli vəzifəyə təyin olunacağı haqqında KİV-lərdə yayılmış informasiyanı təsdiq etməyib.
Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib: "Mən bilmirəm, mətbuat belə informasiyanı hardan alır. Qədirov Rusiya Federasiyası regionlarından biri olan Çeçenistanın başçısıdır".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !