Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Krım Respublikasının tanınması haqqında” fərman imzalayıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat xidməti xəbər verib.
“Krım xalqının ümumkrım 2014-cü il, 16 mart tarixli referendumdakı iradəsini nəzərə alaraq, Krım Respublikası suveren, müstəqil dövlət kimi tanınsın”, - RF prezidenti Putinin fərmanında belə deyilir.
Sənəddə Sevastopol şəhərinin Krım Respublikasında xüsusi statusa malik olması da bildirilir.
Vladimir Putin fərmanın imzalanması ilə əlaqədar olaraq, martın 18-i, saat 15:00-da Dövlət Duması, Federasiya Şurası, RF regionlarının başçıları və vətəndaş cəmiyyəti nümayəndələri qarşısında çıxış edəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !