Putin Krımla bağlı daha bir göstəriş verdi

17:24 | 28.03.2014
Putin Krımla bağlı daha bir göstəriş verdi

Putin Krımla bağlı daha bir göstəriş verdi

 Rusiya prezidenti Vladimir Putin Krımda ələ keçirilən hərbi texnikanın Ukraynaya qaytarılması haqda göstəriş verib.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu göstərişi Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşü zamanı verib.

 

Krımdan Ukraynanın bütün hərbi birləşmələrinin çıxdığını məruzə edən Şoyqu Putindən ələ keçirilmiş silahların və hərbi texnikanın Ukraynaya qaytarılması üçün icazə istəyib.

 

Öz növbəsində Putin buna etiraz etməyib: “Razıyam, icra etməyə başlayın”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM