Rusiya prezidenti Vladimir Putin bu gün Belarus prezidenti Aleksandr Lukaşenko ilə hokkey meydançasında görüşüb. ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, hadisə Moskvadakı "Bolşoy" buz sarayında Rusiya xokkey ulduzlarının yoldaşlıq görüşü zamanı baş verib. Putin və Lukaşenko bir komandada oynayıblar. Onların rəqiblərinin sırasında olimpiya və dünya çempionları İrek Qimayev, Aleksandr Qolikov, Nikolay Makarov, Sergey Makarov, Aleksandr Mogilnıy, Aleksandr Yakuşev olub. Ağ geyimdə olan həmin komandada Rusiya prezidentinin işlər müdiri Vladimir Kojin və SKA hokkey klubunun prezidenti, biznesmen Gennadi Timçenko da olub. Hər iki prezidentin qatıldığı “qırmızıların” komandasında isə Vyaçeslav Fetisov, Pavel Bure, Aleksandr Kocevnikov, Andrey Kovalenko, Aleksey Qusarov, həmçinin Rusiya müdafiə naziri Sergey Şoyqu da olub. Prezidentlərin daxil olduğu komanda ilk dəqilərdən üstünlüyü ələ alıb və 12:3 hesabı ilə qalib gəlib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun dediyinə görə, Vladimir Putin və Aleksandr Lukaşenkonun görüşü mütəmadi işgüzar rejimdə keçirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !