Odessadakı hadisələrə lazımi qiymət verilməsə, onlar yenə təkrarlana bilər.APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putin deyib. “Araşdırma aparılmalıdır, cinayətkarlar axtarılıb tapılmalıdır və biz hamımız nəticəni əldə etməliyik. Çünki bu olmasa, terrorçu təzahürlər üçün münbit şərait yarana və Odessada gördüyümüz dəhşətli hallar təkrarlana bilər. Lakin biz əlimizdən gələni edəcəyik ki, Rusiya ərazisində bu cür hadisələr baş verməsin”, - deyə o vurğulayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !