Putin Paşinyanla görüşmək barəsidə razılığa gəlib

13:17 | 23.08.2024
Putin Paşinyanla görüşmək barəsidə razılığa gəlib

Putin Paşinyanla görüşmək barəsidə razılığa gəlib

Rusiyanın prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan iki ölkə arasında məsələləri müzakirə etmək üçün görüşmək barəsində razılığa gəliblər. Bu barədə Ermənistan mətbuatı ölkənin baş nazirinə istinadla yazıb. 
  
"Rusiya prezidenti Ermənistanın baş nazirinə ötən həftə Azərbaycana səfərinin təəssüratları barədə məlumat verib və buna görə baş nazir Paşinyan prezident Putinə təşəkkür edib. Həmsöhbətlər Ermənistan-Rusiya ikitərəfli gündəliyinin məsələlərini müzakirə etmək üçün qarşıdakı fürsətdə görüşmək barədə razılığa gəliblər", - məlumatda deyilir. 
 
Bir neçə gün öncə Bakıda rəsmi səfərdə olan Rusiya Prezidenti Putin bildirmişdi ki,  Azərbaycan Prezidenti ilə danışıqların nəticəsi barəsində Paşinyanı məlumatlandıracaq.
 
Hazırda Rusiya ilə Ermənistan arasında münasibətlər soyuqdur. Bu barədə Ermənistan tərəfinin rəsmiləri dəfələrlə çıxışlarında bildiriblər.
 
Gülnar Nazimqızı  

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür