Putin qoşunların geri çəkilməsi barədə göstəriş verdi

14:18 | 19.05.2014
Putin qoşunların geri çəkilməsi barədə göstəriş verdi

Putin qoşunların geri çəkilməsi barədə göstəriş verdi

 Rusiya prezidenti Vladimir Putin Ukrayna sərhədindəki qoşunların geri çəkilməsi barədə göstəriş verib. APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, V. Putin müdafiə naziri Sergey Şoyquya Rostov, Belqorod və Bryansk vilayətlərində təlimlərdə iştirak edən hərbi qüvvələrin öz daimi dislokasiya yerlərinə qaytarılması barədə əmr verib. “Qoşunların əsasən Rostov, Belqorod və Bryansk vilayətlərindəki poliqonlarda keçirilən planlaşdırılmış yaz hazırlığının başa çatması ilə əlaqədar Vladimir Putin müdafiə nazirinə komanda verib ki, təlimlərdə iştirak edən qoşunlar öz daimi dislokasiya yerlərinə qaytarılsınlar və ətraf poliqonlarda hərbi hazırlığı davam etdirsinlər”, - deyə Kremlin açıqlamasında bildirilir. Qeyd edək ki, ABŞ və Avropa Birliyi Rusiyadan öz qoşunlarını Ukrayna sərhədindən geri çəkməsini və Ukrayna daxilində separatçılığı qızışdırmaqdan vaz keçməsini tələb edərək Moskvanın gərginliyi azaldacaq addımlar atmayacağı təqdirdə daha ciddi sanksiyaların tətbiq olunacağını bəyan edirdilər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti