Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin boşandığını rəsmən təsdiqləyib.
Musavat.com-un İTAR-TASS-a istinadən verdiyi məlumata görə, o, prezidentin rəsmi saytındakı tərcümeyi-halındakı düzəlişi şərh edərkən bunu deyib.
“Bu, o deməkdir ki, boşanma baş verib”, - Dmitri Peskov bildirib.
Vladimir və Lüdmila Putinlər boşanmaq qərarlarını ötən il iyunun 6-da açıqlayıblar. Onlar təxminən 30 il ailəli olublar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !