Rusiya prezidenti Vladimir Putin rus dilini bilməyən miqrant uşaqlarının rus məktəblərinə qəbulunu qadağan edən qanunu imzalayıb. Müvafiq sənəd normativ hüquqi aktlar portalında dərc olunub.
Qanunun müəllifləri Dövlət Dumasının sədri Vyaçeslav Volodin, spikerin müavini İrina Yarovaya, həmçinin Dövlət Dumasının müvafiq komitə və fraksiyalarının rəhbərləri olub.
Rosobrnadzor testlərin keçirilməsində metodiki dəstək göstərəcək, diaqnostika materialları hazırlayacaq, rus dili biliyinin qiymətləndirilməsi meyarlarını və testin uğurla başa çatmasını təsdiqləyən minimum balları müəyyən edəcək.
Bundan əvvəl Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirmişdi ki, cari tədris ilinin əvvəlində miqrant uşaqların 41%-i rus dilində çətinliklə üzləşib. kun.uz xəbər verir ki, onun fikrincə, rus dilini bilmək keyfiyyətli təhsil və uğurlu sosiallaşma üçün zəruri şərtdir.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !