Putin: Rusiya və Suriyanın səyləri beynəlxalq terrorizmlə mübarizədə uğur qazandı

19:18 | 15.03.2023
Putin: Rusiya və Suriyanın səyləri beynəlxalq terrorizmlə mübarizədə uğur qazandı

Putin: Rusiya və Suriyanın səyləri beynəlxalq terrorizmlə mübarizədə uğur qazandı

Rusiya və Suriyanın birgə səyləri sayəsində beynəlxalq terrorizmlə mübarizədə mühüm uğurlar əldə olunub. Bu sözləri Rusiya prezidenti Vladimir Putin Suriya lideri Bəşər Əsədlə görüşü zamanı deyib.

Rusiya prezidenti qeyd edib ki, Rusiya və Suriya daimi təmasdadır, iki ölkə arasında münasibətlər inkişaf edir.

"Bizim birgə səylərimiz və Rusiya silahlı qüvvələrinin Suriyadakı həlledici töhfəsi sayəsində beynəlxalq terrorizmlə mübarizədə mühüm nəticələr əldə edilib”, - Putin vurğulayıb.

Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı bildirib ki, Rusiya və Suriya prezidentləri Vladimir Putin və Bəşər Əsəd danışıqlar zamanı ikitərəfli münasibətləri və Suriya ətrafında vəziyyətin nizama salınmasını müzakirə edəcəklər.

Martın 10-da Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Suriyanın Moskvadakı səfiri Bəşər Cəfəri ilə görüş keçirib, diplomatlar müxtəlif sahələrdə Rusiya-Suriya tərəfdaşlığının qurulmasının aktual məsələlərini əsaslı şəkildə müzakirə ediblər.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM