Putin sanksiyaları absurd adlandırdı

18:25 | 11.01.2016
Putin sanksiyaları absurd adlandırdı

Putin sanksiyaları absurd adlandırdı


Rusiya prezidenti Vladimir Putin Avropa Birliyinin Ukrayna böhranına görə Rusiyaya qarşı sanksiyalarını absurd adlandırıb.

O yanvarın 11-də Almaniyanın "Bilsd” qəzetində dərc edilmiş müsahibəsində deyib ki, Avropa Birliyi bu sanksiyalarla absurd tamaşadan başqa heç nəyə nail olmur.

2014-vcü ildə Krımın Ukraynadan ayrılması və Rusiyaya birləşməsi ilə bağlı referenduma gəldikdə isə Putin bunu demokratiya, xalqın iradəsi adlandırıb.

Putin həmçinin 1991-ci ildə keçmiş Sovet İttifaqının dağılmasından sonra NATO-nun Rusiyaya tərəf genişlənməsini tənqid edib və Qərbi soyuq müharibə dövründən sonra beynəlxalq böhranları gəsinləşdirməkdə ittiham edib.

O qeyd edib ki, əgər Qərb Yaxın Şərqin siyasətinə müdaxil etməsəydi, bu gün Avropada belə böyük miqrant problemi olmazdı. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM