Rusiya prezidenti Vladimir Putin Krımın baş naziri Sergey Aksenovu, Krım parlamentinin sədri Vladimir Konstantinov və Sevastopolun strateji inkişafı agentliyinin sədri Aleksey Çalıyı Vətən qarşısındakı xidmətlərinə görə I dərəcəli Ordenlə təltif edib.
“Axar.az” xəbər verir ki, bu barədə Krım Respublikasının Dövlət Şurasının saytında məlumat yerləşdirilib. Nazirlər Şurasının mətbuat xidmətindən bildirilib ki, mükafatlar rus dövlətçiliyinin möhkəmləndirilməsi, Krım Respublikasının və Sevastopolun Rusiya Federasiyasının tərkibinə daxil olması ilə bağlı referendumun keçirilməsi, yüksək vətəndaş mövqeyi və mərdliyə görə verilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !