Əgər Rusiya Krım əhalisinə kömək etməsəydi, orada vəziyyət indi Ukraynanın şərqindəkindən pis olardı.APA-nın məlumatına görə, bunu Mediaforumda çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin deyib. “Ona görə də, bu, bir daha onu göstərir ki, biz hər şeyi düz və vaxtında etmişik”, - deyə o vurğulayıb. Putin həmçinin qeyd edib ki, Ukraynanın şərqində ordudan istifadə edilməsi nəticədə Ukrayna-Rusiya dövlətlərarası münasibətlərə mənfi təsir göstərəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !