Rusiyada bu barədə qanun imzalanıb.
Rusiya prezidenti Vladimir Putin televiziya və radio efirlərində söyüşdən istifadəyə qadağa qoyan qanun imzalayıb.
Oxu.Az RİA-Novosti saytına istinadən xəbər verir ki, filmlərdə istifadə olunan qeyri-etik sözlərə görə isə həmin filmlərin yayımına da qadağa qoyulacaq.
Qanun pozulacağı təqdirdə adi vətəndaş üçün 2-dən 2,5 min rubla qədər, vəzifəli şəxslər üçün 4-dən 5 min rubla qədər, hüquqi şəxslər üçün isə 40-dan 50 min rubla qədər cərimə nəzərdə tutulub.
Qanun təkrar pozularsa, cərimə artırılır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !