Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır

15:17 | 07.02.2025
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır

Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır

Putin Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır. Bunu Rusiya prezidentinin sözçüsü Peskov deyib. 
 
Bir neçə gün öncə Qazaxıstan qəzaya uğrayan təyyarənin qara qutuları ilə bağlı ilkin hesabatını dərc edib. 
 
Dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 29 nəfəri sağ qalıb. 
 
Sərnişin təyyarəsi Rusiya tərəfindən vurulub. Rusiya prezidenti Vlodimir Putin baş verən qəzaya görə Azərbaycan Prezidentinə zəng edərək üzr istəyib. 
 
Baş verən qəzadan sonra dekabrın 26-da Azərbaycanda matəm günü elan edilib. 
 
Həmçinin qəzada olan 2 pilot və bir bələdçi Prezidentin sərəncamı ilə Milli Qəhrəman adını alıb. Qəzada sağ qalan digər iki bələdçi isə rəşadət ordeni ilə təltif olunub. 
 
Gülnar Nazimqızı 

 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM