Putinə qarşı tribunal çox güman ki, bu ilin sonuna qədər yaradılacaq. Bu barədə Avropanın ədliyyə komissarı Didye Reynders Almaniyanın Deutsche Welle telekanalına məlumat verib.
"İki əsas variant nəzərdən keçirilir: çoxtərəfli sazişə əsaslanan beynəlxalq tribunal və ya Ukrayna ilə Avropa Şurası arasında ikitərəfli razılaşma əsasında sadələşdirilmiş tribunal olacaq”, - komissar deyib.
Məhkəmə Haaqada keçirilə bilər. 2023-cü ilin iyul ayından beynəlxalq prokurorluq qrupu Eurojust tərəfindən xüsusi olaraq bu məqsədlə yaradılmış məlumat bazasında müxtəlif ölkələr tərəfindən təqdim edilmiş sübutları təhlil edir.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !