Putin Rusiyanın Ukraynanın cənub-şərqini ilhaq etmək niyyətində olmadığını bəyan edib.
Rusiya prezidenti Vladimir Putin Fransa mətbuatına müsahibəsində Ukraynada böhranın günahkarının başda ABŞ olmaqla Qərb olduğunu bildirib. Buna baxmayaraq Putin, Barak Obama və Pyotr Poroşenko ilə danışıqlara hazır olduğunu bəyan edib.
Rusiyanın dövlət başçısı Donbasa silah göndərdiyi barədə xəbərləri də təkzib edib.
Vladimir Putin deyib ki, Ukraynanın suverenliyini tanıyır, ancaq Krım buraya daxil deyil.
“Yerli sakinlərin iradəsinə uyğun olaraq Krım Rusiya Federasiyasının bir hissəsidir”-deyə Putin vurğulayıb.
Onun sözlərinə görə, Rusiya “etnik rusların məskəni olan qədim rus torpaqlarının hansısa hərbi alyansa qismət olmasına göz yuma bilməz, bununla yanaşı Krım sakinlərinin özləri Rusiyaya birləşmək istəyib”. Buna baxmayaraq Putin, Ukraynanın cənub-şərqinin Rusiyaya birləşdirilməsi kimi bir planının olmadığını deyib.
Azvision.az
Bizi sosial şəbəkələrdə izləyin !