Putinə ordu göndərmək səlahiyyəti verildi

17:30 | 30.09.2015
Putinə ordu göndərmək səlahiyyəti verildi

Putinə ordu göndərmək səlahiyyəti verildi

Rusiya parlamentinin yuxarı palatası prezident Vladimir Putinin Suriyada ordu yerləşdirməsinə səlahiyyət verən qərar qəbul edib.

Qərarın əleyhinə çıxan və ya bitərəf olmayıb.

Prezident administrasiyasının rəhbəri Sergei İvanov səsvermədən sonra bildirib ki, qərarda Suriyaya quru qoşunları göndərilməsi mütləq şəkildə nəzərdə tutulmur və söhbət əsasən hərbi hava qüvvələrindən istifadədən gedir.

Qeyd edək ki, Rusiya 4 ildir ki, davam edən Suriya müharibəsində prezident Bashar Assadın tərəfini saxlayır.

Son vaxtlar Rusiyanın Suriyada hərbi iştirakının artdığı müşahidə olunur.

Bir sıra KİV vasitələri Rusiya təyyarələrinin artıq Suriyada yaraqlıların mövqelərinə zərbələr endirdiyini xəbər verirlər.

Amma Kremil məlumatı rədd edir.

Rusiya parlamenti sonuncu dəfə prezident Putinə bu cür səlahiyyəti Moskva 2014-cü ildə Krımı tutanda verib.

Həmin vaxt parlament Putinə lazım gəlsə xaricdə ordu yerləşdirmək səlahiyyəti vermişdi. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM