Putinin gəmiləri Azərbaycan tankerlərini batırıb

11:40 | 21.04.2014
Putinin gəmiləri Azərbaycan tankerlərini batırıb

Putinin gəmiləri Azərbaycan tankerlərini batırıb

Rusiyaya məxsus gəmilər Xəzərdə yük daşınmalarını tam ələ keçirib.Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-dən “Axar.az”a verilən məlumata görə, Gəmiçiliyə məxsus “Araz”, “Şamaxı”, “Səməd Vurğun”, “Zəngilan” və “General Mehmandarov” tankerləri 1 aydan çoxdur ki, Türkmənistanın Türkmənbaşı limanından yük götürmək üçün növbəyə dursalar da, onların yük daşımasına mane olunur.Türkmənistan hökuməti danışıqlara və müqaviləyə riayət etmir. Türkmənbaşı limanının səlahiyyətlilərindən birinin dediyinə görə, Rusiya tərəfi yüklərin ancaq onların gəmiləri tərəfindən daşınacağı iddiasını irəli sürüb. Yəni Rusiya Prezidenti Vladimir Putinə məxsus olduğu bildirilən “Voskiy Flot” gəmiçilik şirkətinin 22 tankeri (VF-1”-dən “VF-22” gəmisinə qədər) növbədənkənar yük götürmə ilə məşğuldur. Bizim gəmilərin niyə yüklə təmin edilməməsinə isə Türkmənbaşı limanından belə əsas gətirirlər ki, guya daşınacaq mazutun tərkibinə Azərbaycan gəmi kapitanları 7 faiz su vurur və bununla da satışa mənfi təsir edirlər.Aldığımız məlumata görə, bu gün “General Mehmandarov” adlı tankerlərimizin yük üçün körpüyə girməsi gözlənilsə də, rusların 4 ədəd yeni tankerinin reydə yaxınlaşması bunun qarşısını alıb. ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti