Rusiya prezidenti Vladim Putinin sevgilisi Alina Kabayeva yenidən dünya mətbuatının diqqət mərkəzindədir. Halbuki Rusiya dövlət dumasının deputatı, bədən tərbiyəsi, idman və gənclərlə iş üzrə komitənin üzvü, “Alina” xeyriyyəçi fondunun rəhbərinin 31 yaşı bu yaxınlarda tamam olub. musavat.com xəbər verir ki, Alina Kabayeva 2006-cı ildən Rusiya prezidentinin sevgilisi kimi tanınır, hətta bu münasibətdən iki uşağın- bir qız və bir oğlanın doğulduğu artıq bütün dünyaya bəllidir…İtaliyanın nüfuzlu nəşrlərindən olan “La Repubblica“ son sayında bu əzəmətli xanımın yeni vəzifə aldığını yazır. Belə ki, Alina Kabayeva Rusiyanın ən böyük media şəbəkəsi olan Milli Media Qrupun direktorlar şurasının rəhbəri təyin olunub. 2006-cı ildə Rusiyanın ən seksual qadını elan olunan bu xanım 2007-ci ildən Vahid Rusiya Partiyasının Dövlət Dumasının deputatıdır. İdmançı kimi isə o, iki olimpiya medalını, dünya çempionatında 14 medalı və 25 dəfə Avropa çempionatının medallarını qazanmış bədii gimnastdir.Onun 62 yaşlı Putinlə sevgisi indi də davam edir. Buna baxmayaraq, onun Milli Media Qrupa rəhbər gətirilməsi ortaya çoxsaylı sullar çıxarıb. İş orasındadır ki, bu media qrupun sahibi Yuri Kavalçukdur. O, isə Putinin ən etibarlı dostalrından sayılır. Hətta bu şəxsi Putinin “şəxsi kassiri“ sayanlar da var. Qəzet yazır ki, Alina Kabayeva 1983-cü ildə Özbəkistanın paytaxtı Daşkənddə anadan olub. Məhz elə həmin il Putin ilk həyat yolaşı Lyudmila ilə ailə həyatı qurmuşdu. Bu evlilik isə bir neçə ay əvvəl rəsmən başa çatdı. Məqalədə bildirilir ki, prezident Putin Alina Kabayeva ilə onun 17 yaşı olanda ilk dəfə görüşüb. Bu görüş 2000-ci ildə qeydə alınıb. 2007-ci ildə isə bu xanım artıq deputat idi. Vogue, Maxim, Glamour və Cosmopolitan kimi mərkəzlər onun fotosessiyalarını həvəslə yayrdılar. Bir zamanar o, model kimi də nüfuz qazanmışdı. Xanım Kabayeva 2011-ci ildə yenidən Dumaya seçildi. 7 il ərzində o, parlamentdə cəmi 3 dəfə çıxış edib. Maraqlıdır ki, bu xanım Soçi olimpiadası zamanı məşəli daşıyanlardan biri olub.“La Repubblica” bildirir ki, indi onun rəhbərlik etdiyi Media Qrup Birinci Kanalın 25 faizinə nəzarət edir. Beşinci kanal və PEN TV onun nəzarətindədir. Rusiyanın nüfuzlu nəşrlərindən olan "Известия" bu media qrupuna məxsusdur. “Твой день” də onlarındır. Xalq arasında populyar olan "Русская служба новостей" də indi onun əlindədir. Bir sözlə o, media kraliçasıdır. İtaliya qəzeti yazır ki, gimnast kimi peşəkar olan Alina Kabayevann media müstəvisində təcrübəsindən danışmağa belə dəyməz. “Ancaq Rusiya məntiqlə yox, tayfa qanunları ilə idarə olunur”, Rusiyanın müxalifət liderlərindən olan Aleksey Navalnıy ölkədəki vəzifə təyinatları haqqında danışarkən öz bloqunda belə yazıb.Qəzet hesab edir ki, Rusiyada əcnəbi media qruplarının qanundan kənar elan olunması fonunda belə bir təyinatın ortaya çıxması xüsusi diqqət çəkir. Rusiya Qərbə bağlı media orqanları ilə vidalaşmağa tələsir. Rəsmi Kreml Rusiyanın Kütləvi İnformasiya Vasitələrinə total nəzarət etmək fikrindədir. Belə nəzarəti isə Alina Kabayeva kimi cazibədar xanımla həyata keçirmək daha yaxşı olardı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !