Pyotr Poroşenko: “Ölkənin şərqindəki kabusa son qoyacağıq”

“Ölkənin şərqində əsl əməliyyatlar nəhayət ki, başlayıb, biz bu kabusa son qoyacağıq”. APA-nın xəbərinə görə, bu sözləri Almaniyanın “Bild” qəzetinə açıqlamasında Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko deyib.
P. Poroşenko bildirib ki, şərqi Ukrayna müharibə vəziyyətindədir: “Ölkəmizə qarşı əsl müharibə aparılır, biz buna reaksiya verməliyik”.
Prezident kreslosuna oturmağa hazırlaşan siyasətçi qeyd edib ki, əməliyyatın əsas məqsədlərindən biri separatçıların liderlərini yaxalamaqdır və onlar məhkəmə qarşısına çıxarılmalıdır: “Terrorçuların bundan sonra da insanları oğurlamasına və qətlə yetirməsinə, binaları ələ keçirməsinə yol vermək olmaz”.
P. Poroşenko ordunun maddi təminatının hazırda Kiyev üçün prioritet olduğunu söyləyib.
ANN.Az
Son xəbərlər
Daha çox 