Qaçan avtoritetlərə görə 3 nəfər saxlanıldı - FOTO

00:33 | 24.10.2017
Qaçan avtoritetlərə görə 3 nəfər saxlanıldı - FOTO

Qaçan avtoritetlərə görə 3 nəfər saxlanıldı - FOTO

Bu gün ölkə gündəmini zəbt edən məhbusların qaçışı ilə bağlı yeni məlumat var.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda Şirvana aparılan məhbuslar- Etibar Məmmədov və Əli Ağami qaçdığına görə Penitensiar Xidmətdə fəaliyyət göstərən qarovul rəisi və digər 2 əməkdaş barəsində saxlanılma qərarı çıxarılıb.

Belə ki, məhbusların etap edilməsinə cavabdeh olan şəxslər məsuliyyətə cəlb olunublar. 

Hazırda qaçan məhbusların axtarışı davam etdirilir.

Məlumata göə, onların yeri də müəyyənləşdirilib və qısa zamanda həbs ediləcəkləri gözlənilir.

Qeyd edək ki, qaçan məhbuslar- 1983-cü il təvəllüdlü Əli Ağami Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama), 1980-cı il təvəllüdlü Etibar Məmmədov isə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı) maddəsi  ilə ittiham olunaraq  həbs olunub. Onların cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır.

Ötən həftə dövlət ittihamçısı E. Məmmədovla Ə. Ağaminin hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında həmin məhbuslar qatardan düşürülən zaman qaçıblar. 
 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM