Türkiyənin Bitlis bölgəsinin Çayır adlı kəndində yaşayan vətəndaşlar sağlam həyat tərzinə üstünlük verdiklərinə görə siqaret çəkmir, ətraf mühitin təmizliyini qorumaq üçün heyvanlarını kənddən aralıda saxlayırlar. Eyni zamanda tarlalarda, bostanlarda yalnız kişilər işləyir.
ANN.Az türk mediasına istinadən xəbər verir ki, rayon mərkəzindən 35 kilometr uzaqlıqda yerləşən və 25 evdən ibarət Çayır kəndində bu adət-ənənə 25 il əvvəl yaranmağa başlayıb. Kəndin keçmiş muxtarı Ətəm Ərdoğan muxtarlıq fəaliyyətinə başlayandan kənd əhalisini başına toplayıb və belə bir kampaniyaya start vermək istədiyini deyib.
O vaxtdan bəri kəndin "pis qoxulardan qorunması" məqsədilə iribuynuzlu heyvanların saxlanmasına qadağa qoyulub, eyni zamanda siqaret çəkilməsinə, sarımsaq yeyilməsinə də izacə verilməyib.
Hazırda kəndə muxtarlıq edən Evrən Ərdoğan da həmin kampaniyanı davam etdirdiklərini deyib. Cavanların siqaretdən uzaq durmalarına diqqət edilir, hətta digər kəndlərdən qonaq gələnlərin belə siqaret çəkməsinə izacə verilmir: "25 xanəli kəndimiz tərtəmiz, başqa kəndlərdən çox fərqlidir. İribuynuzlu heyvan saxlamırıq. Kəndin küçələri tərtəmiz, səliqəlidir. xırdabuynuz heyvanları da kəndin kənarında inşa etdiyimiz ağıllarda saxlayırıq. Kimsə sarımsaq da yemir. Bundan əlavə qadınlarımızı bostanda, tarlada çalışdırmırıq. Onlar yalnız ev işləri görür, uşaqlarımızın tərbiyəsi ilə məşğul olurlar".
5 il əvvəl bu kəndə gəlin gələn Sevda Ərdoğan da yaşam tərzindən çox razıdır. Buradakı ənənələri ilk dəfə görənə çox təəccüb etdiyini deyib: "Artıq 5 ildir ki, bu kənddı yaşayıram, qadınların ağır işlərdə çalışmasına qadağa var. Ancaq ev işləri görürük, uşaqlara baxırıq. Bu kəndə gəlin gələn qızlar çox rahatlıq tapırlar. Burada yaşamaq çox rahatdır".
Nuray
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !