Qadınlara qadağa - gecə saat 11-də sonra olmaz!

11:42 | 11.06.2015
Qadınlara qadağa - gecə saat 11-də sonra olmaz!

Qadınlara qadağa - gecə saat 11-də sonra olmaz!

Qadınların gecə saat 11-dən sonra əyləncə mərkəzlərinə, alış-verişə tək çıxması yasaqlandı

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İndoneziyada gecə saat 11-dən sonra yaxınlarında kişi qohumu olmadan əyləncə mərkəzlərinə, restoranlara, alış-verişə çıxmasına yasaq qoyulub. Bu qanun ən əvvəl ölkənin Banda Açe şəhərində tətbiq olunmağa başlayıb. Yasağın məqsədi qadınları cinsi təcavüzdən qorumaq məqsədi daşıyır. Qadağa qanununa qadınların o saatdan sonra işləyə bilməmələri də daxildir. 

İnsan hüquq müdafiəçiləri bu qadağa ilə bağlı gender bərabərsizliyi baxımdan tənqid ediblər. Banda Açe bələdiyyə sədri qərarın siyasiləşdirilməsindən narahat olduğunu deyib. 

Qanuna riayət etməyən qadınlara inzibati qaydada cəza verəcək, amma bu qanun gecə növbəsində işləyən qadınları iş yerlərini itirmək təhlükəsi ilə üz-üzə qoyub.

Qeyd edək ki, şəriət qanunları ilə idarə olunan bu şəhərdə eynicinsllilik, qumaq və spirtli içki qadağandır və bununla məşğul olanlar cəzalandırılırlar.

 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM