Qadınlar üçün yenilik: kurslar keçiriləcək

12:44 | 01.12.2014
Qadınlar üçün yenilik: kurslar keçiriləcək

Qadınlar üçün yenilik: kurslar keçiriləcək

 3 yaşına çatmamış, uşağı olan, eləcə də işləyən qadınlar üçün çevik iş rejiminin tətbiqi ilə bağlı qanunvericilik təkmilləşdiriləcək.
 
ANN.Az Lent.az-a istinadən xəbər verir ki, bu, "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-ci illər)”nda nəzərdə tutulub.

Hazırlanacaq təkliflərdə 3 yaşına çatmamış uşağa qulluğa görə əmək və məşğulluq sahəsində mövcud imtiyazların və güzəştlərin tətbiqində gender bərabərliyinin təmin edilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulub.

Təkliflər Nazirlər Kabinetinə təqdim ediləcək.

Hamilə qadınlara, həmçinin 3 yaşına çatmamış uşağa qulluq edən valideynlərdən birinə (yaxud ailənin başqa üzvünə) əmək qanunvericiliyində nəzərdə tutulmuş təminatların tətbiqi üzrə dövlət nəzarətinin gücləndiriləcək. Qadınların məşğulluğunun artırılması məqsədilə onların peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunması işinin gücləndirilməsi üzrə tədbirlərin həyata keçiriləcək. Bütün bu işlərin icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tapşırılıb.
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür