Qan donduran dəlixana FOTOLARI

19:40 | 03.10.2014
Qan donduran dəlixana FOTOLARI

Qan donduran dəlixana FOTOLARI

Fotoqraf Corc Georgio Kosovo və Serbiyada olarkən psixiatriya disponserinə baş çəkir və oradakı xəstələrin şəkillərini kameranın yaddaşına köçürür. ANN.Az xəbər verir ki, sonradan öz təəssüratlarını bölüşən fotoqraf yazır ki, ilk dəfə burada olarkən xəstələrin durumunun ictimaiyyətdən gizlədildiyini öyrənibmiş: "Amma serblərin bu fotoları ilk dəfə gördüklərində necə bir şok və kədər keçirdiklərini çox yaxşı xatırlayıram.Miloşeviç rejimi dönəmində ölkə tamamilə kasıblaşım, büdcədə qəpik belə qalmamışdı. Hər yerdə insanlar xəsətlikdən qırılır, tibbi baxıma möhtac insanlar çox pis şərtlər altında ömür sürürdülər.Ölkəni kasıblıq basmış, heç kim heç kimdən yardım ala bilmirdi.Dəlixanada olanların durumu isə daha dözülməz idi. Onlarla maraqlanmamaq bir yana, buradakılar həyata inamlarını büsbütün itirmiş halda idilər. Ən dəhşətlisi o idi ki, əksəriyyəti əslində burda olmamalı idilər. Məsələn, avtomobil qəzası zamanı ayaqlarını itirən və yetim qalan uşaq, down sindromlu bir adam və hətta tək günahı bu dəlixanada doğulmaq olan qaraçı uşaqları eyni dam altında eyni çətinliklə üz-üzə idilər.Hətta bəziləri illərin bu yorğunluğuna dözə bilməyin intihara cəhd edirdilər, yaxud başqa cür özlərinə zərər vururdular".Fotoqraf 2002-ci ildə təkrar xəstəxanaya baş çəkir və nisbətən vəziyyətin dəyişdiyini müşahidə edir: "Bu dəfə gördüklərim məni bir az rahatladı. QHT və könüllü insanların təşəbbüsü ilə kampaniya başladılmış və ictimaiyyət buradakıların durumu ilə tanış olmuşdu. Bunun sayəsində toplanan maddi yardım xəstələrin vəziyyətini nisbətən yüngülləşdirmişdi.Amma yenə də mənə elə gəlirdi ki, ortada daha bir əhəmiyyətli həqiqət var: buradakı xəstələr çöldəki sağlam insanlara nisbətən daha sülhsevər idilər. Müxtəlif etnik qrupların üzvləri sanki bir ailə imiş kimi bir-birləri ilə yaxşı dolanır, bir-birlərinə maraq və çəfqət göstərirdilər. Köhnə divarların və mərhəmətsiz şərtlərin yaratdığı ilk şoku atlata bildiyinizdə burada bir sülhün necə hakimiyyəti ələ aldığına şahid ola bilərdiniz. Sülh - həmin illərdə bu divarların xaricində olmayan bəlkə də yeganə məfhum idi. "Hazırladı NurayANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti