• $
  • €
  • ₽
  • ₺
  • £

"Yanaşmamız xammalı daha çox emal etməkdir" - Mikayıl Cabbarov

"Yanaşmamız xammalı daha çox emal etməkdir" - Mikayıl Cabbarov
22.09.2026 14:53

Azərbaycanın əsas yanaşması xammalı yalnız hasil etmək deyil, onu ölkə daxilində daha çox emal etmək və daha yüksək əlavə dəyər yaratmaqdır. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə "2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib.

Onun sözlərinə görə, proqramın icrası nəticəsində istehsal və ixrac imkanlarının genişləndirilməsi, idxalın əvəzlənməsi, yeni sənaye zəncirlərinin yaradılması və sektorun rəqabət qabiliyyətinin artırılması üçün ciddi imkanlar yaranacaq: "Bu Proqramın təsiri təkcə dağ-mədən və metallurgiya sektoru ilə məhdudlaşmayacaq. İstehsal çoxaldıqca yükdaşımalar və logistika xidmətlərinə tələb artacaq, yerli podratçı və təchizatçı şirkətlər üçün yeni imkanlar yaranacaq: "Yerli xammal və yarımfabrikat bazasının genişlənməsi yeni sənaye sahələrinin formalaşmasına şərait yaradacaq. İxtisaslı kadrlara tələbat artacaq. Bu da texniki bilik və bacarıqların inkişafını sürətləndirəcək, elmi potensialımıza töhfə verəcək. Ən əsası isə regionlarda məşğulluq və iqtisadi fəallıq artacaq. Yeni dəyər zəncirləri özəl investisiya və sahibkarlıq üçün də əlavə imkanlar yaradacaq".

Cabbarov qeyd edib ki, təqdim olunan Dövlət Proqramı Azərbaycanın mineral resurslarından daha səmərəli istifadə etmək, dağ-mədən, metal filizləri və metallurgiya sənayesini yeni mərhələyə çıxarmaq məqsədi daşıyır.

O vurğulayıb ki, İqtisadiyyat Nazirliyi Dövlət Proqramının uğurlu icrasını, habelə bu istiqamətdə verilən tapşırıqların vaxtında, əlaqələndirilmiş şəkildə və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək üçün bütün resurslarını səfərbər edəcək, dağ-mədən və metallurgiya sənayesini ölkəmizin iqtisadi inkişafının etibarlı dayaqlarından birinə çevirmək istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərəcək.

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol