Qanuna səs verməyəcəm - Deputat irad bildirdi/VIDEO

13:48 | 07.06.2024
Qanuna səs verməyəcəm - Deputat irad bildirdi/VIDEO

Qanuna səs verməyəcəm - Deputat irad bildirdi/VIDEO

Ölkədə olan miqrantlar üçün yaşamaq evlənmək hüququnu əlindən almaq olmaz. Bunu deputat Sabir Rüstəmxanlı deyib. 

"Ölkənin milli stateji xətti var. Tarixi bir faicəmiz – bölünmüş xalqıq. Bu necə olur evlənirlər oturma haqqları yoxdur. Buna necə qadağa qoymaq olar? Məgər oturmaq haqqı ancaq varlılar üçündür? Xarici nikahlardan olan o qədər xoşbəxt ailələr var ki. Bunları görməzdən gəlmək olmaz. Bu cür qanunları qəbul edərkən bütün prinsipləri nəzərə almaq lazımdır. Bütün miqrantlara eyni gözlə baxmaq olmaz. Qanunu ziyanlı hesab edirəm və ona səs verməyəcəm”, - deputat iyunun 7-də Milli Məclisdə Ailə Məcəlləsinə münasibət bildirərkən deyib. 

Deputat bildirib ki, illərdir ölkədə yaşayan amma vətəndaşlıq ala bilməyən şəxslər var. Onların bu cür problemləri də ciddi şəkildə həll edilməlidir. 

Ailə Məcəlləsinə edilən yeni dəyişikliyə görə əcnəbi vətəndaşlardan biri oturum icazəsi olmadan nikaha daxil ola bilməyəcək. İndiyədək isə onların nikaha daxil olması ilə bağlı hər hansı tələb yox idi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM