"Əmək pensiyaları haqqında" qanuna görə qadınların pensiya yaşı bu gündən 64 yaş hesablanacaq.
Bu yaş qanunvericliyə görə 2027-ci ilin iyulun 1-nə kimi hər altı aydan bir artırılacaq.
Hazırda ölkə üzrə kişilərin pensiya yaşı 65, qadınların isə pensiya yaşı 64 hesablanır.
Dövlət Statistika Komitəsinin son hesabatına görə, Azərbaycanda 1 milyon 97 min 300 pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.
Onların 64,2 %-i yaşa, 23,5 %-i əlilliyə, 12,3 %-i isə ailə başçısını itirməyə görə pensiya alır.
Təyin olunmuş pensiyaların orta aylıq məbləği 490,7 manatdır.
Onların 64,2 %-i yaşa, 23,5 %-i əlilliyə, 12,3 %-i isə ailə başçısını itirməyə görə pensiya alır.
Təyin olunmuş pensiyaların orta aylıq məbləği 490,7 manatdır.
2024-cü il yanvarın 1-nə Azərbaycanda minimum məbləğdə pensiya alanların sayı 34 min 276 nəfərdir.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !